DİM sosial mənzil almaq istəyən məmurlara müraciət etdi

img

30-05-2019 [17:12]


Dövlət İmtahan Mərkəzi (DİM) MİDA-ya təqdim edilməsi üçün dövlət qulluğunda qulluq stajı barədə arayış əldə etmək istəyən dövlət qulluqçularına müraciət edib.

Mərkəzdən Mia.az-a  verilən məlumata görə, mayın 30-da etibarən dövlət qulluqçuları Mənzil İnşaatı Dövlət Agentliyinə təqdim edilməsi üçün dövlət qulluğunda qulluq stajı barədə arayışın əldə edilməsi ilə əlaqədar DİM-in rəsmi səhifəsində "Şəxsi kabinet" yaratmalı və "Elektron xidmətlər” bölməsinə daxil olaraq elektron müraciət etməlidirlər.

Dövlət qulluqçusu əmək kitabçasındakı əmək fəaliyyətini əks etdirən səhifələrin dövlət orqanı tərəfindən təsdiq edilmiş surətlərini "skan" edərək sistemə yükləməli və "Müraciəti qeydə al” düyməsini sıxmalıdır. 

Mərkəz tərəfindən qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA