"Hüquq-mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdirdilər" - Spiker

img

30-05-2019 [13:16]


"UEFA Avropa Liqasının final oyunu zamanı hüquq-mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdirdilər. Xaricdə belə oyunları zamanı toqquşmalar yaranır. Şükürlər olsun, bu oyun Azərbaycanda yüksək səviyyədə keçirildi”.

"Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib. O, bu tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, belə tədbirlər zamanı hüquq mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdirirlər:

"Mən onlara təşəkkür edirəm”.

Deputat Çingiz Qənizadə də başda polis olmaqla oyun zamanı təhlükəsizlik tədbirləri həyata keçirən şəxslərin hamısına minnətdarlığını bildirib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA