Azərbaycanın 3 universitetinin diplomu Türkiyədə tanınmır? - Rəsmi reaksiya

img

30-05-2019 [12:27]


Təhsil Nazirliyi Azərbaycanın bir sıra universitetlərinin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

Mia.az "Report"a istinadla xəbər verir ki, nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli informasiyanın həqiqət olmadığını bildirib.

O qeyd edib ki, Türkiyə tərəfindən hansısa universitetlərin diplomlarının tanınmaması ilə bağlı rəsmi müraciət daxil olmayıb: "Rəsmi müraciət daxil olacaqsa, araşdırma aparacağıq. Azərbaycanın hər bir universitetinin, xüsusilə dövlət universitetlərində verilən təhsili keyfiyyətinə inanırıq. Hər hansı anlaşılmazlıq ortaya çıxacaqsa, bunun da aradan qaldırılması üçün Təhsil Nazirliyi əlindən gələni edəcək".

Qeyd edək ki, Türkiyədə magistr təhsilini davam etdirmək üçün Azərbaycanın Bakı Mühəndislik, Odlar Yurdu, Azərbaycan Texnologiya universitetlərinin diplomlarının tanınmaması işə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA