Təhsil Nazirliyindən ikili diplomla bağlı açıqlama: "Onların təhsil haqqını dövlət ödəyəcək"

img

30-05-2019 [12:47]


"İkili diplom proqramlarının təsis edilməsi ilə tələbələr Azərbaycanda dünya standartlarına uyğun təhsil ala biləcəklər və onların təhsil haqqı dövlət hesabına ödəniləcək".

Bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gözləntilər mövzusunda təqdimatında deyib.

Onun sözlərinə görə, ikili diplom proqramlarının təsis edilməsi ilə bağlı işlərə başlanılıb: "Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində hazırlanmış normativ-hüquqi aktlar Nazirlər Kabinetinə təqdim edilib".

N.Məmmədli qeyd edib ki, bu il də proqram üzrə təhsil alacaq şəxslərin təhsil haqqlarını Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirəcək: "Təhsil Nazirliyinin tabeliyində idarəetmə qrupu yaradılacaq". 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA