Yozef Blatter FIFA prezidentini məhkəməyə verir

img

29-05-2019 [17:38]


FIFA-nın sabiq prezidenti Yozef Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonu məhkəməyə verəcək.

"Report” xəbər verir ki, 83 yaşlı isveçrəli keçmiş funksioner bu barədə "France Press”ə bildirib. Blatter 2014-cü il dünya çempionatından sonra 10,6 milyon avro bonus alması ilə bağlı FIFA tərəfindən yayılan məlumatdan şikayətçidir. O, həqiqəti əks etdirməyən məlumat dərc olunduğu üçün mənəvi təzminat almaq fikrindədir.

İyunun 5-də FIFA-nın Konqressində qurumun prezidenti postuna seçki olacaq. Bu vəzifəyə yeganə namizəd İnfantinodur.

Qeyd edək ki, Yozef Blatter 1998 - 2015-ci illərdə FİFA prezidenti olub. O, 2015-ci ildə qurumun Etika Komitəsinin qərarı ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Blatterə 8 il ərzində futbola aid hər bir məşğuliyyət qadağan edilib. Sonradan bu cəza 6 ilə endirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA