"Azərbaycanın şərəfli xalqına səadət diləyirəm" - Ruhani

img

29-05-2019 [16:37]


İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Mia.az xəbər verir ki, məktubda deyilir: 

"Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının müstəqilliyinin ildönümü münasibətilə Zati-alinizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm. 

İran İslam Respublikası və Azərbaycan Respublikası iki qonşu dövlət kimi qədim ortaq tarixi, mədəni və dini dəyərlərə söykənərək Azərbaycan Respublikasının müstəqilliyindən sonra yüksək səviyyəli əlaqələr və mehriban qonşuluq münasibətləri nümayiş etdirir, müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirmək və genişləndirməklə iki xalqın rifahını və firavanlığını artırmağa, regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə qərarlıdırlar.

Qüdrətli Allahdan Zati-alinizə cansağlığı və müvəffəqiyyət, Azərbaycan Respublikasının şərəfli xalqına səadət diləyirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA