İCRA BAŞÇISI HAQDA SENSASİON İDDİA: ailəsi ilə birgə istirahətə 1 milyon xərcləyib

img

28-05-2019 [19:37]


Lənkəran şəhərinin icra hakimiyyətinin başçısı Taleh Qaraşov haqda sensasion xəbər yayılıb.
 
Yayılan məlumatlara görə, Taleh Qaraşov 11 nəfər ailə üzvü ilə birgə (övladları və nəvələri) Çexiyaya səfər edib. AZAL şirkətinin Bakı-Praqa reysi ilə bu ölkəyə səfər edən icra başçısının məqsədi yaxınları ilə birgə istirahət etmək olub.

Qaraşovlar ailəsi Azərbaycan oliqarxlarının məskunlaşdığı Karlovı Varı şəhərinə gedib. Maraqlıdır ki, icra başçısı bütün ailə üzvləri üçün təyyarədə biznes-klassa bilet alıb. Yəni icra başçısı təyyarənin biznes-klass salonundakı bütün yerləri faktiki olaraq alıb.

Qeyd edək ki, AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manatdır. Deməli, aylıq maaşı 2 min manata yaxın olan məmur təkcə aviabiletlərə 16500 manat xərcləyib.

Bundan başqa icra başçısı və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli "Carlsbad Plaza” otelində yerləşiblər. Ailənin gündəlik hotel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb.

Artıq yay tətilinin başlanmasına az qalıb və sadə hesablamalar deyir ki, tətili başlamamış Lənkəranın icra başçısı artıq bir milyon manat xərcləyib. 

Yenisabah.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA