28-05-2019 [18:57]
"Özümü yaxşı hiss edirəm. Bizim üçün gözəl bir fürsətdir. Hər zaman irəli baxıram”.
Bunları İngiltərənin "Arsenal” komandasının baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının finalı ərəfəsində Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında deyib.
- Petr Çex "Arsenal”ın heyətindəki son oyununda start heyətində yer alacaq? O, karyerasını Praqa "Sparta”sında davam etdirə bilər?
- Mən Praqa "Sparta”sı üçün yox, final barədə düşünürəm. Oyundan həzz almalıyıq. Çex möhtəşəm insan və peşəkar futbolçudur. Karyerasını bitirəcək.
- "Arsenal” avrokuboklarda uğur qazanmağı ilə ad çıxarmayıb. Bu baxımdan sizin üzərinizdə böyük məsuliyyət var?
- Oyunçular və mənim üçün böyük məsuliyyət var. Hədəfimiz qalib gəlməkdir. Bu yolla Çempionlar Liqasına getmək istəyirik. Tam yüksək-əhval ruhiyyə ilə oynamağa çalışacağıq. Yarışın özü təkmilləşir. Ötən il də finalda böyük klublar oynayıb. Dünya futbolu üçün önəmli bir məqamdır. Arsen Vengerin bu klubda etdikləri heyranedicidir. O, kluba futbol mədəniyyəti gətirib. Bu mədəniyyəti qorumaq və təkmilləşdirmək istəyirəm. Ondan çox şey öyrənmişəm. Ona böyük hörmət və ehtiramım var. "Arsenal” dünyada 10 ən yaxşı komandadan biridir.
- Finalda qalib gəlsəniz, karyeranızda 4-cü dəfə Avropa Liqasını qazanaraq yeni rekorda imza atacaqsınız. Bu, sizin üçün nə dərəcədə önəmlidir?
- Məqsədimiz oyuna yaxşı köklənməkdir. Titul qazanmaq və Çempionlar Liqasına düşmək istəyirik. Bunun üçün çox yaxşı fürsətimiz var.
- Petr Çex finaldan sonra rəqibiniz "Çelsi”də çalışacaq. Bu məqam ona start heyətdə meydana buraxmaq qərarınıza təsir edə bilər.
- Çex ona inanıb etibar etməyimizə layiqdir. Hələ qərar verməmişəm. Amma heç kim ona inanmaya bilməz.
- Avropa Liqasının qalibi Çempionlar Liqasına düşür. Buna münasibətiniz necədir?
- On il ərzində Avropa Liqasında çox böyük irəlliləyiş görürəm. Avropa Liqasında qalib gələn komandanın Çempionlar Liqasına vəsiqə qazanması müsbət məqamdır. Bu dəyişiklik turnirin inkişafına töfhə verib. Bir çox komandalar var gücü ilə oynayır. Burada "Napoli” və "Valensiya”ya qalib gəldik. İndi isə "Çelsi” ilə qarşılaşacağıq.
- "Çelsi” artıq Çempionlar Liqasına vəsiqə qazanıb. Bu, sizə əlavə üstünlük verir?
- Bunun bizə əlavə üstünlük verdiyini düşnmürəm. Əsas məqsəd titulu əldə etməkdir. Hər iki komandanın əsas hədəfi budur.
- Onminlərə azarkeş Londondan Bakıya gələ bilmədi. Bu barədə nə deyə bilərsiniz?
- Mən Tbilisidə "Sevilya”nın baş məşqçisi kimi UEFA Super Kubokunun finalında "Barselona”ya qarşı oynamışam. UEFA finalın Bakıda keçirilməsinə qərar verib və buna hörmətlə yanaşıram. Mən də istəyirəm ki, azarkeşlərimiz Londondan Bakıya gəlsinlər. Düzdür, bu bir az çətindir. Ancaq "Arsenal”ın başqa ölkələrdə, Azərbaycan da azarkeşləri var. Onlar da bizi dəstəkləyəcək. Bu möhtəşəm stadionun dolu olacağını düşünürəm.
Qeyd edək ki, "Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin digər təmsilçisi "Çelsi” ilə qarşılaşacaq/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi