UEFA “Arsenal”ın Bakıdakı təxribatının qarşısını alıb

img

27-05-2019 [15:22]


UEFA İngiltərənin "Arsenal” klubunun Bakıda təxribat törətmək cəhdinin qarşısını alıb.

"Daily Mail” nəşrinin istinadən verdiyi məlumata görə, London təmsilçisinin futbolçuları mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq final matçı zamanı isinmə hərəkətlərinə üzərində "Mxtiaryan” yazılan geyimdə çıxmaq istəyiblər. Lakin UEFA buna qarşı çıxıb və bildirilib ki, bu kimi təxribat xarakterli davranışlar qaydalara ziddir.

Futbolçuların oyuna qədər, matç zamanı və final fitindən sonra geyinəcəkləri bütün geyimlər Avropa futbol qurumu tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, "Arsenal” mayın 29-da keçiriləcək finalda İngiltərənin digər təmsilçisi "Çelsi” ilə qarşılaşacaq. Ermənistan yığmasının üzvü olan Mxitaryan Azərbaycanın və UEFA-nın onun təhlükəsizliyinə zəmanət verməsinə rəğmən, "Arsenal”ın heyətində Bakıya gəlməkdən imtina edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA