Musa Yaqub xəstəxanadan evə buraxılıb

img

27-05-2019 [10:12]


Səhhətində yaranan problemlərə görə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xalq şairi Musa Yaqub evə buraxılıb.

Bunu "Report”a açıqlamasında Xalq şairinin nəvəsi Nərgiz Gəraylı deyib. 

O bildirib ki, hazırda M.Yaqubun səhhəti normaldır: "Dünən narahat olduğu üçün xəstəxanaya aparmalı olduq. Təzyiqi düşmüşdü. Həkimlər yardım göstərdilər və 1-2 saatdan sonra xəstəxanadan çıxdıq. Hazırda evdədir. Damarlarında olan problemlərə görə təzyiqi tez-tez aşağı düşür”.

Qeyd edək ki, Xalq şairi Musa Yaqub İsmayıllı rayonunun Buynuz kəndində yaşayır. Mayın 26-da şairin səhhətində problem yarandığına görə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA