CNN-nin canlı efirində Mxitariyanla bağlı suala sərt cavab: "Bəlkə arxasınca iki F16 qırıcı göndərməliyik?"

img

26-05-2019 [16:19]


Gənclər və İdman naziri Azad Rəhimov CNN-nin canli efirində Arsenal"ın erməni əsilli futbolçusu Henrix Mxitariyanın Bakıda keçiriləcək final oyununa gəlməməsi ilə bağlı suallara cavab verib.

Mia.az bildirir ki, nazir CNN-nin əməkdaşının "Arsenal" və erməni oyunçunun qərarına "tərs şapalaq" cavabı verib: 

"Siz daha çox zəmanət deyəndə, nə nəzərdə tutursunuz? Yüz faizlik zəmanətdən daha çox nə ola bilər? 

Biz "təhlükəsizlik" deyiləndə nə nəzərdə tutulursa hamısını etmişik. Daha nə etməliyik ki? Bəlkə Mxitariyanın arxasınca özəl təyyarə və iki dənə F16 qırıcı göndərməliyik?".

Xatırladaq ki, "Arsenal" komandası dünən axşam Bakıya gəlib.

"Arsenal"a "Çelsi" arasında final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.

Matç saat 23:00-da başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA