Bu rayonlara dolu yağıb - Nazirlikdən açıqlama

img

25-05-2019 [12:36]


Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşüb.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, mayın 24-ü gündüz qərb rayonlarında, 25-də gecə və səhər bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Daşkəsən-Gədəbəy zonasında intensiv olub, dolu düşüb.

Düşən yağıntının miqdarı Çaykənddə (Göygöl) 21 mm, Daşkəsəndə 20 mm (aylıq normanın 20%-i), Gədəbəydə 19 mm (aylıq normanın 17%-i), Tərtərdə 17 mm (aylıq normanın 33%-i), Ağdərədə (Ordubad) 12 mm, Göygöldə 9 mm, Astarada 7 mm, Balakəndə 6 mm, Beyləqan, İmişli, Sarıbaş (Qax), Gəncədə 5 mm, Kürdəmirdə 4 mm, Cəfərxan, Ceyrançöl, Zaqatala, Naftalanda 3 mm, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Neftçala, Ağstafa, Şəmkir, Tovuzda 2 mm, Şərur, Yevlax, Sabirabad, Salyan, Qazıməmməd, Biləsuvar, Ağsu, Kişçayda (Şəki) 1 mm olub.

Tərtər rayonu ərazisində saat 17:55-dən 18:40-dək 45 dəqiqə ərzində şiddətli göy gurultusu ilə müşahidə olunan leysan yağışı yağıb, Yuxarı Ağcakənd ərazisində saat 16:17-dən 16:19-dək 2 dəqiqə ərzində diametri 13 mm, Daşkəsəndə saat 17:04 radələrində diametri 16 mm dolu düşüb.

Yuxarı Ağcakənd ərazisində yağan intensiv leysan yağışı nəticəsində Gorançayda daşqın yaranıb.

Qərb küləyi Daşkəsəndə 28 m/s, Ağdamda 20 m/s, Şahdağda 16 m/s -dək güclənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA