Prezident Ədliyyə Nazirliyinə əlavə səlahiyyət verdi - Fərman

img

23-05-2019 [18:08]


Bu gün Prezident İlham Əliyev fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; 2014, № 6, maddə 627, № 7, maddə 820, № 9, maddə 1029; 2016, № 1, maddə 77; 2017, № 2, maddə 184, № 10, maddə 1784; 2018, № 6, maddə 1205, № 7 (I kitab), maddə 1480; 2019, № 3, maddə 431) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib:

1. 9.25-ci yarımbəndə "cəzaları” sözündən sonra ", həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə əsasən icrası və ya icrası üzərində nəzarət icra məmurlarına həvalə edilmiş cinayət-hüquqi xarakterli digər tədbirləri (bundan sonra – müvafiq cinayət-hüquqi xarakterli tədbirlər)” sözləri və ", cəzaların” sözündən sonra (birinci halda) "və müvafiq cinayət-hüquqi xarakterli tədbirlərin” sözləri əlavə edilsin.

2. 9.26-cı yarımbəndə "cəzaların” sözündən sonra "və müvafiq cinayət-hüquqi xarakterli tədbirlərin” sözləri əlavə edilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA