"Arsenal" və "Çelsi" Bakıdakı final matçının 6 min biletini geri qaytarır

img

23-05-2019 [10:05]


Avropa Liqasının Bakıda keçiriləcək final matçının iştirakçı komandaları onlara ayrılan biletlərin bir hissəsindən imtina etməyi planlaşdırır.

"The Times" nəşri xəbər verir ki, "Arsenal" və "Çelsi" ümumilikdə 6000-dən çox bilet qaytaracaqlar, çünki müvafiq olaraq 3500 və 2000 bilet sata biliblər.

UEFA ümumilikdə klubların hər birinə 5800 bilet ayırıb ki, bu da finalın keçiriləcəyi stadionda yer tutumunun 10 faizini təşkil edir. Qərar guya Bakı aeroportunun buraxılış imkanlarının aşağı olması ilə əlaqədar qəbul edilib.

Həmçinin 2000 biletin ayrıldığı UEFA sponsorları analoji problemlə üzləşiblər.

İngilis klubları və sponsorların qaytaracaqları biletlər yenidən satışa çıxarılacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA