Bakıda və rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu

img

22-05-2019 [13:05]


Mayın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Mia.az ETSN-ə istinadən xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 23-27, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-70, gündüz 45-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah havanın yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA