Müəllimi döyüb videoya çəkiblər - Cəlilabadda şok hadisə

img

22-05-2019 [12:47]


Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, Uzuntəpə kənd 3 saylı orta məktəbin müəllimi A.Əzizov mayın 19-da kənd sakinləri tərəfindən döyülüb.

Onun döyülmə anı mobil telefonla lentə alınıb və kənd sakinləri arasında yayılıb.

Faktla bağlı Cəlilabad Rayon Polis şöbəsində araşdırma aparılır.

Cəlilabad Rayon Təhsil Şöbəsindən "Report"a bildirilib ki, qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA