Nazir kollegiyanın tərkibindən çıxarıldı - Baş nazirdən qərar

img

22-05-2019 [11:33]


Baş Naziri Novruz Məmmədov "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 305; 2009, № 2, maddə 141; 2011, № 11, maddə 1063; 2014, № 8, maddə 1008; 2016, № 4, maddə 808; 2017, № 2, maddə 323; 2018, № 7 (II kitab), maddə 1642) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

1. "Kollegiyanın sədri” bölməsindən "Bayramov Ceyhun Əziz oğlu - ” sözləri çıxarılsın. 

2. "Kollegiyanın üzvləri” bölməsi aşağıdakı redaksiyada verilsin: 

"Azərbaycan Respublikası təhsil nazirinin müavinləri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA