"Heç bir küçəyə qadağa qoyulmayacaq" - AFFA-dan yayılan xəbərlərə reaksiya

img

21-05-2019 [16:50]


"Avropa Liqasının final qarşılaşması ilə bağlı paytaxtın bəzi küçələrində məhdudiyyət qoyulması ilə bağlı informasiya doğru deyil". 

Bu sözləri matc.az saytına açıqlamasında AFFA-nın İnformasiya  və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.

Assosiasiya rəsmisi bildirib ki, mayın 25-dən 31-dək Bakının bəzi mərkəzi küçə və meydanlarında vətəndaşların sıx hərəkətinə məhdudiyyət qoyulmayacaq: "Final oyunu ərəfəsində Bakı şəhərinin hər hansı ərazisində vətəndaşların hərəkətinə məhdudiyyət qoyulması ilə bağlı nə oyunun yerli Təşkilat Komitəsinin, nə də UEFA-nın belə bir istəyi və ya tələbi olub. Bu məlumatın hardan qaynaqlandığı barədə informasiyamız yoxdu".

Xatırladaq ki, bu gün Ona.az saytı mayın 25-dən 31-dək "Tarqovı", İstiqlaliyyət küçəsi və Fəvvarələr meydanına vətəndaşların girişi məhdudlaşdırılacağı barədə xəbər yayıb.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Həlledici qarşılaşmada İngiltərənin iki təmsilçisi - "Arsenal"la "Çelsi" üz-üzə gələcək.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA