ƏƏSMN-in xidmət müəssisəsində qadın özünü 3-cü mərtəbədən atdı

img

18-05-2019 [14:17]


Göygöldə intihara cəhd hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə Göygöldə yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 3 saylı psixonevroloji sosial xidmət müəssisəsində qeydə alınıb. 

Orada müalicə olunan Sumqayıt sakini 33 yaşlı A.Pirəliyeva özünü müəssisənin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edib.

A.Pirəliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA