Daha bir nazir və müavinləri rayonlara gedir

img

16-05-2019 [12:54]


Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev mayın 31-də saat 09:00-da İsmayıllı şəhərində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57) İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, həmin gün nazir müavini Firdovsi Əliyev Oğuz şəhərində, nazir müavini Rauf Hacıyev isə Şəki şəhərində yerli sakinlərlə görüşəcək.

Vətəndaşların qəbulu Oğuz meşəbəyliyinin (Oğuz şəhəri, Heydər Əliyev prospekti 9) və Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binalarında (Şəki şəhəri, Salman Mümtaz 23) saat 09:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt”i, həmçinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: İsmayıllı şəhəri, Həsən bəy Zərdabi 3) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 020-28-5-33-57, 055-279-70-00, 055-859-80-90) xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA