Ordu generalı Belarusa getdi

img

14-05-2019 [15:51]


Azərbaycan Ordusunun Raket və artilleriya qoşunları komandanı, general-mayor Zahid Hüseynovun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus Respublikasında səfərdədir.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti mayın 15-də Minsk şəhərində başlayacaq "MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi, həmçinin sərgi çərçivəsində keçiriləcək hərbi-texniki, müdafiə və təhlükəsizlik məsələləri, ikili təyinatlı texnologiyaların istifadəsi üzrə "MILEX INNOVATIONS-2019” VIII beynəlxalq elmi konfransda iştirak edəcək.Sərgi mayın 18-dək davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA