I və IV ixtisas qrupları üzrə test tapşırıqlarının izahı DİM-in saytında yerləşdirilib

img

14-05-2019 [11:32]


I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün mayın 12-də keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib. Abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a bildirilib ki, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər” bölməsində > "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” > "Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA