Hansısa fənndən sıfır bal toplayanlar ödənişsiz ixtisas seçə biləcəmi? - DİM-dən açıqlama

img

13-05-2019 [19:19]


Qəbul imtahanlarının birinci mərhələsində hər hansı fənn üzrə "sıfır” ballıq nəticə göstərənlər ümumi tələbləri ödədikləri halda ali təhsil müəssisələrinin ödənişsiz ixtisaslarını seçə bilərlər.

Mia.az xəbər verir ki. bunu Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə abituriyentlər üçün təşkil edilən canlı yayım zamanı deyib.

O bildirib ki,qəbul imtahanlarının birinci mərhələsində hər hansı fənn üzrə "sıfır” ballıq nəticə göstərənlər ümumi tələbləri ödədikləri halda ali təhsil müəssisələrinin ödənişsiz ixtisaslarını seçə bilərlər: "İmtahanın hər iki mərhələsi üzrə ballar toplanır. Əgər ikinci mərhələ üzrə bal 100, ümumi bal isə 200-dürsə, abituriyent ali təhsil müəssisələrinin həm ödənişli, həm də ödənişsiz ixtisaslarının müsabiqəsində iştirak edə bilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA