"Şərq Tərəfdaşlığı" iştirakçı ölkələrin vətəndaşlarına müsbət təsir göstərib".

img

13-05-2019 [12:57]


"Şərq Tərəfdaşlığı" iştirakçı ölkələrin vətəndaşlarına müsbət təsir göstərib".

"Report" "Qruziya-online"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Brüsseldə "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyinə həsr olunmuş tədbirdən əvvəl deyib.

"Bu gün "Şərq Tərəfdaşlığı"nın 10 illiyini qeyd edirik, altı tərəfdaş ölkənin xarici işlər nazirlərini qəbul edirik. Axşam Donald Tusk onları şam yeməyində qəbul edəcək. Sabah mən Avropa Komissiyasının sədri Jan-Klod Yunker ilə birlikdə tədbirdə iştirak edəcəyəm. "Şərq Tərəfdaşlığı"nın yubileyini bir daha qeyd edəcəyik. Aİ bu tərəfdaşlığı yüksək dəyərləndirir. Əlbəttə, regionda çətinliklər və problemlər var, lakin ticarət, iqtisadi inkişaf, insan hüquqları kimi sahələrdə irəliləyiş əldə edə bilmişik, ictimaiyyətin rolunu genişləndirmişik, viza rejiminin liberallaşdırılmasına nail olmuşuq", - F.Mogerini bildirib.

Bu gün Brüsseldə Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA