Ərdoğandan İmamoğluna dəstək verən "Qalatasaray"la "Fənərbaxça"ya sərt xəbərdarlıq: "Biz sizi düzəldəcəyik"

img

12-05-2019 [23:31]


Prezident Ərdoğan "Fənərbaxça" azarkeşlərinin dünən "Akhisar"la oyunda dayanmadan Əkrəm İmamoğluna dəstək xarakteri daşıyan "Hər şey çox gözəl olacaq" şüarını səsləndirmələrinə etiraz edib.

Mia.az-ın məlumatına görə, bu gün İstanbulda iftar mərasiminə qatılan Ərdoğan deyib ki, həmin stadionları onlar, yəni AKP iqtidarı tikib:  "Ya bu stadionları biz tikdik. Bunlar yanlış yoldadır. Amma biz düzəldəcəyik. Hamısını qeydə alırıq".

Xatırladaq ki, bundan əvvəl "Qalatasaray"ın İdarə Heyətinin üzvü Hayri Kozak Əkrəm İmamoğluna dəstək verdiklərini açıq şəkildə bəyan edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA