Metroda 3 dəqiqə işıq olmadı - Elektrik enerjisi niyə kəsilib?

img

11-05-2019 [16:21]


Metronun "Nizamı” və "20 Yanvar” stansiyaları arasındakı xətt üzrə hərəkət edən qatarların hərəkətində 3 dəqiqəlik fasilə yaranıb. 

Mia.az xəbər verir ki, bunu "Report”a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq edib.

B.Məmmədovun sözlərinə görə, fasilə stansiyalara xaricdən daxil olan elektrik xətlərində gərginliyin olmaması səbəbindən baş verib:

"Bu xətlər stansiyaların yalnız işıqlanmasını təmin etdiyi üçün qatarların hərəkətinə təsir etməyib. Qısa zamanda alternativ mənbədən elektrik enerjisinin verilişi bərpa edilib və 3 dəqiqə ərzində mərhələli şəkildə stansiyaların işıqlandırılması da bərpa edilib. Hazırda əməkdaşlarımız problemin səbəbini araşdırmaqla məşğuldurlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA