Azərbaycan gəmisi Xəzərdə qəzaya uğradı - Yaralılar var + Rəsmi açıqlama

img

09-05-2019 [09:09]


"İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində yaralananlar xəstəxanaya çatdırılıb.

Mia.az xəbər verir ki, mayın 8-də, saat 18:30 radələrində "Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində avadanlıqda baş verən nasazlıq nəticəsində yanğın hadisəsi olub. 

Yanğın zamanı gəmi heyətindən olmayan 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar "Citadel” gəmisi vasitəsilə Bakı sahilinə çatdırılaraq dərhal Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb. Hadisə "Saipem” şirkəti tərəfindən nəzarətə götürülüb və müntəzəm olaraq ictimaiyyətə məlumat veriləcək.

Həmçinin vurğulanıb ki, baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və gəminin gələcəkdə təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur.

***

Qəza ilə bağlı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" məlumat yayıb.

Məlumatda bildirilir ki, QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqlarin birində qəza baş verməsi barədə məlumatlıyıq:

"Gəmi ilə davamlı əlaqə saxlayırıq. Heyət üzvləri arasında xəsarət alan olmayıb.

Gəmi hazırda "Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə "Saipem” şirkətinin nümayəndələri çalışırlar. Dəqiq səbəblər haqqında məumatı "Saipem” yayacaq".

Bakupost.az-ın əldə etdiyi məlumata görə, partlayış nəticəsində yaralanan şəxslər arasında xarici vətəndaşlar da var. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

"Qafqazinfo” xəbər verir ki, yaralılardan 3-nün vəziyyəti ağırdır. İlkin məlumata görə, zərərçəkənlər sahilə çatdırılmaq üçün başqa bir gəmiyə evakuasiya olunublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA