Sosiskaların içərisindən qurdların çıxması ilə bağlı araşdırma aparılır

img

08-05-2019 [12:55]


Mediada sosiskaların içərisindən qurdların çıxması ilə bağlı yayılan görüntülərlə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Trend-in sorğusuna cavab olaraq, bildiriblər ki, araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək:

"Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adı, məhsulun əmtəə nişanını qeyd etməklə Agentliyin 1003 "Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər".

Qeyd edək ki, dünən paytaxtdakı marketlərdən birindən alınmış sosiskalardan qurdların çıxması barədə məlumatlar yayılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA