"BDU-nun professor-müəllim heyətini çox kədərli gördüm, gələcək barədə..." - Ekspert

img

07-05-2019 [09:21]


"Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasına dəvət olunmuşduq. Öncədən qeyd edim ki, bizim də bitirdiyimiz bu ali məktədə normal təhsil və elm mühitini bərpa etməyə xeyli vaxt lazım gələcək".

Mia.az xəbər verir ki, bunu təhsil üzrə ekspet Etibar Əliyev deyib.

O bildirib ki, BDU-nun professor - müəllim heyətini kədərli görüb: "Hiss olunur ki, eyni problemlər içərisində yaşayıblar. Əsas qənaətim bu oldu ki, Universitetin gələcəyi barədə düşüncələr aydın deyil. Uzun illərin naşı, qaba, qorxu üzərində qurulmuş idarəçiliyi çox dərinlərə işləyib. Fizionomiya oxşarlıqları dərhal diqqəti çəkirdi. Universitet qoyulmuş tabularla yaşayıb".

Ekspert böyük fizik Stiven Xokinq kitablarının birində yazdığını xatırladıb: "İkinci Dünya Müharibəsində Hitlerlə Çörçill razılığa gəliblər ki, Universitet və ona yaxın olan əraziləri bombalamasınlar. Universitetləri belə qoruyublar. Psixoloji bomba əsl bombadan daha təhlükəli olurmuş. 

Düşüncəmə görə, Bakı Dövlət Universitetində ilk addımlar müəllimləri pessimizim kabusundan çıxarmaqdır. Əks təqdirdə təhsildə və elmdə irəliləyiş olmayacaq. Fakültələrin uğur stendlərinə baxdım. Son dərəcə bəsit idi. Nümayiş olunan kitablar tədris üçün yetərli sayıla bilməz. Bir sözlə, göz görə-görə, qulaq eşidə -eşidə bu böyük elm və təhsil məbədini uçuruma itələmişik".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA