Bakıda daha bir söküntü qalmaqalı... - Eldar Əzizov hadisə yerində + FOTOLAR

img

06-05-2019 [22:17]


Bakı şəhəri, Süleyman Rüstəm - 10 ünvanında yerləşən tarixi binanın sökülmək təhlükəsi var. 

Bunu "Salam Cinema Baku” kinoteatrını məhz burada kirayələyən şəxslər iddia edirlər. 

Onlar bir müddətdir ki, burada kino nümayişləri, sərgilər və təlimlər keçirir, müzakirələr aparır. 

Təşəbbüskarların sözlərinə görə, dünən binanın əsl sahibi məkana baş çəkib və binanı tərk etmələrini tapşırıb.

 O bildirib ki, binanın sökülməsi üçün sənədləri var. Qeyd edilib ki, bina rekonstruksiya işləri üçün bağlanacaq.

Amma məkanın dağıdılmaması üçün kinoteatr üzvləri və ictimai fəallar binadan çıxmaq istəmir. 

Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı Nizami Mayılov isə binanın sökülməyəcəyini və araşdırmalardan sonra qərar veriləcəyini bildirib: "Əgər bina tarixi əhəmiyyət kəsb edirsə, heç bir dağıntı işi aparılmayacaq. Qapısı möhürlənəcək və araşdırma işlərinə başlanılacaq”.

Bakı Şəhər İcra başçısı Eldar Əzizov da binaya baş çəkib və vəziyyətlə maraqlanıb.

Qeyd edək ki, bina 1913-cü ildə, əslən malakanlardan olan Skobelyevin təşəbbüsü ilə malakan dua evi kimi inşa edilib. Məqsədi bütün malakanları bir məkanda birləşdirmək olub.

Qafqazinfo 
Eldar Əzizov hadisə yerində
Eldar Əzizov hadisə yerində

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA