Suraxanıda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir - FOTOLAR

img

06-05-2019 [20:51]


Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər rayonun təhsil, səhiyyə, sənaye müəssisələrində davam edir. 

Rayon İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, növbəti tədbir rayon İcra Hakimiyyətinin, YAP Suraxanı Rayon Təşkilatının, YAP Suraxanı Rayon Gənclər Birliyinin təşkilatçılığı ilə Qaraçuxur qəsəbəsində Neftçilər parkında keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov iştirak edib.

YAP Suraxanı Rayon Gənclər Birliyinin çöxsaylı fəallarının iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə fləşmob təşkil edilmiş, sonra isə bir-birindən maraqlı musiqi nömrələri təqdim olunub.

Neftçilər parkında eyni zamanda, Qurban Abbasov adına Mədəniyyət sarayının kollektivi sakinlər qarşısında bayram konserti ilə çıxış edib.







Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA