Bu gündən Ramazan ayı başlayır - Təqvim + CƏDVƏL

img

06-05-2019 [10:03]


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

Fətvaya görə, bu il Ramazan ayının başlanma tarixi miladi təqvimlə mayın 6-na təsadüf edəcək. Mayın 5-dən 6-na keçən gecə niyyət gecəsidir. 

Qafqaz Müsəlmanları İdarəsindən Mia.az-a verilən təqvimdə Ramazan ayının namaz vaxtları, imsak və iftar vaxtları əks olunub.

Təqvimə əsasən, Ramazan ayının 18-dən 19-na keçən gecə (23 may), 20-dən 21-nə keçən gecə (25 may), 22-dən 23-nə keçən gecə (27 may) və 26-dan 27-nə keçən gecə (31 may) Əhya gecələridir (Qədr gecəsi).

Şəvval ayının 1-i (5 iyun) Fitr bayramıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA