Pentensiar Xidmətin uydurma şəri... - Məşhur vəkil həmkarlarına səsləndi + Müzakirə

img

05-05-2019 [13:01]


"Pentensiar Xidmətinin əməkdaşlarının uydurma şəri ilə həmikarımız Fariz Namazlını vəkillikdən uzaqlaşdırmağa cəhd edirlər".

Mia.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Adəm Məmmədov sosial şəbəkədəki səhifəsində yazıb.

O, çoxsaylı vəkilləri də statusuna tağ edərək, bildirib ki, son zamanlar hüquq mühafizə orqanlarının rəhbərliyi vəkillərə təzyiq etmək üçün Vəkillər Kollegiyasına müraciət edirlər. 

Və onlar vəkillərin səlahiyyətinə xitam verilməsi praktikasından "cuşa" gəliblər: "Gec-tez ölkə rəhbəri vəkillərə qarşı edilən haqsızlıqdan xəbər tutacaq. Buna əmin olun!".

Daha sonra gedən müzakirələrdə Adəm Məmmədov qeyd eidb ki, "bəzi insanlar özlərini yaxşı oğlan kimi göstərmək üçün hamam suyu ilə özlərinə dost tutaraq vəkillərin taleyi ilə "məzələnirlər"".

Müzakirələr zamanı hüququ pozulan vəkillərin haqlarının müdafiəsi naminə yeni ictimai birliyin yaradılması da gündəmə gəlib.

Ümumiyyətlə, müzakirələrdə iştirak edən çoxsaylı vəkillər Adəm Məmmədova dəstəyini ifadə ediblər.

Vəkil Rafiq Alışoğlunun da şərhi çox maraqlı olub. O qeydedib ki, Penitensiar Xidmətin bir neçə şikayəti əsasında bir neçə vəkilin fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub: "Bu da silsilə müraciətlərdəndir. Ümid edirəm, şikayət əsassız hesab ediləcək".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA