İcra başçısı hesabat verdi - Nəsimidə I rübün yekunları müzakirə olunub + FOTO

img

04-05-2019 [19:26]


Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub.

Rayon İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan İcra başçısı Asif Əsgərov İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verib.

Asif Əsgərov bildirib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Nazirlər Kabinetinin mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə bağlı qərarı istiqamətində də Nəsimi RİH məqsədyönlü işlər aparır.

Rayon ərazisində hal-hazırda 25 məhəllədə pilot layihə üzrə işlər davam etdirilir.

Əhalinin su, elektrik enerjisi, qaz və istilik təchizatı daim nəzarətdə saxlanılmış, qəzalar dərhal aradan qaldırılmış, xidmətin səviyyəsi yüksəldilib.

Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq, 2019-cu ilin fevral ayından respublikamızın bütün bölgələrində olduğu kimi əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmış və hazırda uğurla davam etməkdədir.

Nəsimililər ənənəvi olaraq cəbhə xətindəki "N” saylı hərbi hissədə olmuşlar. Sağlam həyat tərzi, əhalinin asudə vaxtının səmərəli təşkili, gənclərin problemləri ilə bağlı bir sıra görüş və müzakirələr də keçirilmişdir. Nəsimi məktəbliləri "Ölkəmizi tanıyaq” tur aksiyasında fəal iştirak ediblər.

2019-cu ilin 1-ci rübü ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.

Rayonda 2019-cu ilin I rübü ərzində 12 səyyar qəbul keçirilmiş, 1600-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 71 müraciət dinlənilmişdir. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərinabadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olunub.

İclasda Nəsimi rayon MKTB-nin rəisi Elman Yəhyayev, ƏSMN yanında SMF-nun Nəsimi rayon şöbəsinin müdiri əvəzi İlham Hüseynov, Nəsimi rayon Sukanal İdarəsinin rəisi Vaqif Cəbrayıllı, "Azərişıq” ASC-nin rayon şöbəsinin rəisi Həbib Əzizov və rayon Məşğulluq Mərkəzinin direktor əvəzi Vəli Əliyev çıxış ediblər.

İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA