SAT imtahanları keçirilib

img

04-05-2019 [15:08]


Dövlət İmtahan Mərkəzində mayın 4-də növbəti SAT imtahanları (SAT and SAT Subject) keçirilib. 

Mərkəzdən Mia.az-a verilən məlumata görə, imtahanlar DİM-in inzibati binasında təşkil olunmaqla təlimata təşkil olunub.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 48 nəfərdən 47 nəfəri iştirak edib.

İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

SAT imtahanlarının nəticəsinin 17 mayda elan olunması gözlənilir. Nəticələrlə https://sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA