Nazirlər Kabinetinin aparat rəhbəri köhnə vəzifəsinə qaytarıldı - Yeni təyinat

img

03-05-2019 [23:30]


Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

Mia.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.

Qeyd edək ki, bundan əvvəl X.Xələfov Nazirlər Kabineti (NK)Aparatının rəhbəri vəzifəsində çalışıb. O, bir neçə ay əvvəl elə indiki nazir müavini postundan NK-ya aparat rəhbəri gətirlmişdi. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA