ETSN kiçik alverə keçir - Qoruqlarda köşklər qurulacaq

img

03-05-2019 [16:00]


Ekologiya və Təbii Sərvətlər Nazirliyin (ETSN) Göygöl Milli Parkının ərazisində turistlərə iaşə xidməti göstərilməsi üçün sahibkarlara suvenir və hədiyyələrin, ayaqüstü qida məhsullarının satışı məqsədilə yüngül taxta və dəmir konstruksiyalı köşklərin qurulmasını təklif edir.

"Report"xəbər verir ki, bu barədə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, maraqlanan sahibkarlar may ayının 31-dək Nazirliyə müraciət edə bilərlər: "Daha ətraflı məlumat Nazirliyin rəsmi internet səhifəsinin (www.eco.gov.az) elanlar bölməsində yerləşdirilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA