"Nəvələrimin çantalarını mən götürə bilmirəm, uşaq necə aparsın?!" - Aqil Abbas

img

03-05-2019 [13:42]


"Bu gedişlə məktəbə gedən uşaqların bel sütunu əyiləcək. Deyirik, xeyri yoxdur. Uşaqların çantalarını götürəndə, hətta atalarının belini əyilir. Bu, nə məcburiyyətdir?. Biz də oxumuşuq. Kitablar elə hazırlanmalıdır ki, yüngül olsun. Uşaqları bu qədər yükləmək olmaz”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.

"Fikirləşmək lazımdır. Təhsil Nazirliyi uşaqları qorumalıdır. Nəvələrim məktəbə gedir, onların çantalarını götürə bilmirəm, uşaq necə aparsın?! Yeni tədris ilindən bu məsələ həllini tapmalıdır” - deyə, deputat əlavə edib.

Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə deyib ki, hazırda "dərs yükü” ilə bağlı müzakirələr aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA