Aprel ayında 403 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib - ANAMA-dan hesabat

img

01-05-2019 [18:03]


Bu ilin aprel ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 463,789 kvadratmetr (46.38 ha) ərazi yoxlanılıb, 403 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 10 ədəd təlim məqsədli tank əleyhinə mina və 8 min 356 ədəd müxtəlif çaplı patron aşkar edilərək zərərsizləşdirilib.

Mia.az ANAMA-ya istinadən bildirir ki, əməliyyatlara 474 nəfər əməliyyat heyəti, 131 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub.

İndiyədək cəmi 533,899,219 kvadratmetr (53,389.92 ha) ərazi təmizlənib, 803.299 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Aprel ayı ərzində agentliyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 4, Daxili İşlər Nazirliyinin (DİN) "102” Xidməti-Zəng mərkəzi sistemindən 14, Dövlət Sərhəd Xidmətindən (DSX) 7 və rayon polis şöbələrindən 2 müraciət daxil olub.

Müraciətlər əsasında 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Füzuli, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 13 min 280 kvadratmetr ərazi yoxlanılıb, 263 ədəd partlamamış hərbi sursat, 2 ədəd piyada əleyhinə mina, 10 ədəd təlim məqsədli tank əleyhinə mina və 8 min 356 ədəd müxtəlif çaplı patron aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Aprel ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA