Qaza tətbiq olunan limitin artırılması... - İqtisadçıdan şərh

img

01-05-2019 [09:26]


"Tarif Şurası əhalinin istehlak etdiyi mavi yanacaq limitini illik 1.7 min kubmetrdən 2.2 min kubmetrə çatdırdı. Hökimətin hazırkı sosial standartları ilə yoxsul ev təsərrüfatları üçün bu hədd əsasən kifayət edəcək”. 

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. 

O, bildirib ki, bu yaxınlarda 150-dək ev təsərrüfatı arasında aparılan sorğuların nəticəsi göstərdi ki, ümumi sahəsi 80-90 kvadratmetrədək olan kombi ilə təchiz edilmiş mənzillər üçün 2.2 min kubmetr bəs etməlidir: "Mənizlin sahəsi 100 kvadratmetrdən üzüyuxarı getdikcə illik istehlakın həcmi əlavə hər 10 kvadratmetr üçün orta hesabla 100-200 kubmetr aralığında yüksələcək. Bu fərq mənzilin vəziyyətindən, coğrafiyada qışın nə dərəcədə sərt keçməsindən asılı olaraq dəyişir. 

Rəsmi məlumatdan aydın olur ki, hazırda 1.5 milyon ev təsərrüfatının illik istehlakı 1.7 min kubmetrədək, 300 min ev təsərrüfatının illik istehlakı isə 1.7-2.2 min kebmetr intervalındadır: "Məlumat üçün deyim ki, hazırda ölkədə təxminən 2.150 mln. qaz abunəçsisi var. Bu rəqəmlərdən çıxış etsək, deməli indən sonra 650 min abunəçi və ya bütün ev təsərrüfatlarının 30%-i 2.2 min illk qaz istehlak edir. 

Bütün abunəçilərin 56%-i (1.2 mln.) illk 1.7 min kubmetrdən az qaz istehlak edir. 

Statistikanın əhalinin gəlirləri və yoxsulluq səviyyəsi ilə bağlı etibarlı məlumatlar vermədiyi şəraitdə kommunaı xidmət istehlakının səviyyəsi ev təsərrüfatlarının sosial statusunu (yoxsul, orta təbəqə və ultrazənginlər) müəyyən etmək baxımından çox mühüm mənbələrdən biri hesab edilir. 

Nazirlər Kabinetinin hazırda qüvvədə olan normativlərinə görə, 1 nəfər üçün aylıq qaz istehlakı norması 21 kubmetr, 4 nəfərlik orta statistik ailə üçün 84 kibmetrdir. Tarif Şurasının məlumatın görə isə, hazırda aylıq istehlakı maksimum 140 kubmetr olan ailələrin sayı 1.2 mln. təşkil edir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA