30-04-2019 [16:47]
Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli fərmanının icrasına məsul olan müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə fərmanın tətbiq olunduğu yaşayış binalarının sifarişçiləri, MTK sədrləri və həmin binalarda yaşayan sakinlərin bir qismi ilə görüş keçirilib.
FHN-dən Mia.az-a verilən məlumata görə, görüşdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev, "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, SOCAR "Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, "Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, Nazirlər Kabineti Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, FHN-in aidiyyəti rəhbər şəxsləri iştirak ediblər.
Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrasının vəziyyəti barədə danışıb.
Nazir qeyd edib ki, bəzi çoxmənzilli yaşayış binalarının istismara qəbulu ilə bağlı mövcud vəziyyət sakinlərin haqlı narazılığına səbəb olaraq, onların mülkiyyət hüquqlarının reallaşdırılmasına əngəllər yaradıb: "Vətəndaşların gündəlik problemlərinin həllinə xüsusi həssaslıqla yanaşan ölkə başçısı İlham Əliyev illərdir öz həllini tapmayan bu məsələdə də öz qətiyyətli mövqeyini ortaya qoyub."
Nazir K.Heydərov sözügedən Fərmanın icrası istiqamətində həm Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyi, "Azərsu” və "Azərişıq” Açıq Səhmdar cəmiyyətləri qarşısında, həm də müvafiq yaşayış binalarının sifarışçiləri qarşısında olduqca mühüm vəzifələr durduğunu xatırladaraq bildirib ki, bu baxımdan Fərmanın icrasına məsul olan dövlət qurumları ilə tikinti fəaliyyəti subyektləri arasında məhsuldar qarşılıqlı əlaqənin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir: "Bugünkü görüşün də bu məqsədlə təşkil edildiyi və Fərmanın icrası ilə bağlı qarşıya çıxan məsələlərin həlli istiqamətində fikir mübadiləsinin aparılmasının işlərin sürətləndirilməsinə təkan verəcəyi qeyd edilib".
Nazir deyib ki, işlər Fərmanla müəyyən olunmuş zaman çərçivəsində həyata keçirilir və Fərmanda müəyyən olunduğu kimi, ötən 2 ay ərzində respublika üzrə istismarına icazə verilmədən faktiki istismar edilən bütün çoxmənzilli yaşayış binalarında müayinə işləri həyata keçirilib. Müayinələrin nəticəsi olaraq bu kateqoriyaya aid 26 binanın istismara hazır olması barədə müsbət rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə qərargah yaradıldığını xatırladan nazir, bugünə qədər qərargahda 260 yaşayış binasının nümayəndələrinin qəbul edilərək, onlara zəruri izahatlar verildiyini deyib və əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi, "Azərsu” və "Azərişıq” Açıq Səhmdar cəmiyyətləri, "Azəriqaz” İstehsalat Birliyi istənilən dəstəyi göstərməyə hazırdır.
Sonra çıxış edən "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasına məsul olan aidiyyəti qurumların rəhbər şəxsləri müayinə nəticəsində aşkar edilmiş qüsurlar, mövcud problemlər, onların həlli yolları və işlərin ümumi gedişatı barədə məlumat veriblər. Bildirilib ki, Fərmana uyğun olaraq, növbəti mərhələ kimi 5 ay müddətində çatışmazlıqlar aradan qaldırılmalı və binaların istismara qəbul olunması üçün aidiyyəti üzrə yenidən müraciət olunmalıdır.
Daha sonra istismara hazırlığı baxımından müsbət rəyin verilməsi mümkün olmayan yaşayış binalarının sifarışçilərinin, MTK sədrləri və həmin binalarda yaşayan sakinlərin fikirləri, qarşıya çıxan məsələlərin aradan qaldırılması istiqamətində təklifləri dinlənilib. Çıxış edən şəxslər "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının əhəmiyyətindən danışaraq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Sonra Fərmanın icrasından irəli gələn məsələlər geniş müzakirə edilib, mövcud problemlərin həlli yolları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi