Azərbaycanın rabitə qurucularından biri vəfat etdi, nazirliyin rəhbər şəxsləri isə...

img

30-04-2019 [12:09]


19.04.2019-cu il tarixində Azərbaycanın "Əməkdar Mühəndisi” Ölkəmizin rabitə qurucularından biri, ağsaqalımız Camal Eyvaz oğlu Allahverdiyev 85 yaşında vəfat edib.

Allah rəhmət eləsin! 

Camal Eyvaz oğlu Allahverdiyev 1934-cü ildə Azərbaycanın ən gözəl guşələrindən biri olan Şuşa şəhərində Xoca Mərcanlı məhəlləsində dünyaya gəlib. Şuşa həsrəti ilə dünyadan köçdü. Kim bilir ..
Camalın ruhu uşaqlıq illərini yaşadığı Suşaya qayıtdı. O, ruh bütün ömrü boyu işlədiyi kollektivdən inciyərək ... Şuşaya döndü! 

Camal Allahverdiyev bütün ömrünü ölkəmizdə rabitə sisteminin quruculuğuna sərv edib. O uzun müddət SSRİ dövründə İttifaq miqyasında telefon – tikinti trestinin ("Sayuztelefonstroy”) rəisi olub. Müstəqilliyimiz dövrdə pensiyaya çıxana kimi Bakı Telefon Rabitəsi İstehsalat Birliyində müxtəlif vəzifələrdə çalışaraq kollektivə ağsaqqal məsləhətləri ilə nur saçıb. 

Onun rəhbərliyi ilə SSRİ-nin müxtəlif şəhərlərində, xüsusi ilə doğma Bakımızda və regionlarımızda telefon stansiyaları və xətt qurğuları tikilib. Onun rəhbərliyi ilə tikilən yer altı xətt qurğuları min illərlə rabitəçilərimiz tərəfindən istifadə ediləcəkdir. 

Hal-hazırda həmin qurğulardan rabitə sektorumuz ildə milyon manatlarla mənfəət əldə edir. Halal xoşları olsun!

Amma nurundan faydalandıqları bu dəyərli şəxsiyyəti, ağsaqqalı unutmaq, hətta yasında iştirak etməyən kollektiv rəhbəri ən azı düşünməlidir ki, yaşadığı bu firəvan həyat və hətta idarə etməyə ehtiyac duymayan mükəmməl rabitə sistemi göydən zəmbillə düşməyib.

 Bəziləri buna unutqanlıq deyirlər. Mənim fikrimə görə, unutqanlıq bildiyini unutmaqdır. Rabitə sistemindən və rabitəçilər haqqında heç nəyi bilməyənlər kimi unudarlar!!! 

Peşəkar rabitəçi Ağsaqqalımız Camal Allahverdiyevə allah rəhmət eləsin!

O, biz rabitəçilərin qəlbində əbədi yaşayacaqdır!

Xankişi Kişiyev,
Əməkdar Mühəndis

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA