Qəbələdə restoranda müştəridən hesabdan artıq pul alınır - ŞİKAYƏT

img

30-04-2019 [10:43]


Qəbələdə restoranda müştəridən hesabdan artıq pul tələb ediblər. 

MIA.az-a müraciət edən vətəndaşın sözlərinə görə, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində yerləşən "Qəbələ Xanlar” turizm istirahət mərkəzində yemək sifariş ediblər.

Sonradan hesab gətiriləndə məlum olub ki, "Çolpa təndir" menyuda 20 manat göstərilsə də, qəbzdə bu 25 manat kimi qeyd edilib.

Məsələ qiymətlərdə olan uyğunsuzluqla da bitməyib. Sifariş edilən yeməklərdən əlavə olaraq qatıq əlavə olaraq yazılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA