Hesablama Palatasında Aralıq Konfransı işə başlayıb

img

29-04-2019 [15:11]


Bu gün Hesablama Palatasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və İnzibati potensialinin gücləndirilməsi” mövzusunda Tvinninq Layihəsinin Aralıq Konfransı işə başlayıb.

Palatadan Mia.az-a verilən məlumata görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Konfransı açaraq qonaqları salamlamış, 2017-ci ilin noyabr ayından həyata keçirilməyə başlanan Layihənin məramı və əhəmiyyəti barədə çıxış etmiş, beynəlxalq səviyyədə və Aİ tərəfindən qəbul edilmiş qabaqcıl təcrübələr əsasında Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən müəyyən edilmiş kənar dövlət audit standartlarına uyğun olaraq Hesablama Palatasının institusional və inzibati potensialını gücləndirməyə xidmət edən əldə olunmuş nəticələrdən danışmışdır.

Qeyd edək ki, 27 ayı əhatə edən Layihənin ümumi məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaq və beləliklə Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın, şəffaflığın, nəzarətin və hesabatların təkmilləşdirilməsinə töhfə verməkdir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən I Layihə Benefisiar ölkəni təmsil edən Azərbaycan Respublikası Hesablama Palatasının və Aİ-yə üzv dövlət (MS) qismində Polşanın Ali Audit Ofisi (NIK) tərəfindən həyata keçirilir.

Konfransda Layihənin tərəfdaşı kimi Polşa Ali Audit Ofisinin Prezidenti Krzysztof Kwiatkowski çıxış etmişdir.

Aİ Nümayəndəliyinin rəhbəri, Səfir Kęstutis Jankauskas və Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marek Całka öz çıxışlarında Layiənin əhəmiyyətini vurğulamışlar.

Polşa Ali Audit Ofisinin Vitse-Prezidenti və Aİ-yə üzv dövlətin nümayəndəsi qismində Layihənin rəhbəri Wojciech Kutyła Layihənin başlandığı 2017-ci ilin noyabrından bəri görülən işlər barədə məlumat vermiş və bu Layihənin həm də hər iki qurumun qarşılıqlı əməkdaşlığını gücləndirdiyini qeyd etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA