Maklerləri güllələyən komendantla bağlı yeni iddialar yayıldı

img

28-04-2019 [21:30]


Masazır qəsəbəsində baş verən silahlı insidentin şok təfərrüatı ortaya çıxıb.

Məlumata görə, "Yeni Bakı" yaşayış kompleksinin Ehtiram adlı komendantının törətdiyi cinayətin səbəbi puldur.

Belə ki, Ehtiramın güllələdiyi şəxslər maklerlərdir. Adıçəkilən şəxslər arasında ev alqı-satqısı ilə bağlı danışıq olub, Ehtiram onlardan əlavə faiz tələb edib və narazılıq yaşanıb.

Bundan sonra Ehtiram satılan evlə bağlı təmizlik kağızı adlanan sənədi maklerlərə verməkdən imtina edib və faizini tələb edib. Razılaşma əldə edə bilməyən Ehtiram silahını götürüb Mazasıra maklerlırun ofisinə gəlib və onları orada güllələyib.

Bildirilir ki, Ehtiram "İlin 4 fəsli" tikinti şirkətinin sahibi Elnur Hüseynovun dayısıdır. Ehtiram "Yeni Bakı"ya komendant təyin edildikdən bəri yaşayış kompleksində az qala hər gün davadır.

Əldə etdiyimiz məlumata görə, Ehtiramın Ruhiyyə adlı ikinci arvadı yaşayış kompleksindən ev satan maklerlərdən əlavə faiz tələb edirmiş. Şirkətin rəhbəri Elnur isə bütün bu məsələlərdən xəbərdar imiş və dayısının tərəfini tuturmuş.

Adıçəkilən yaşayış kompleksindən ev satan maklerlərin hamısı Ehtiram və Ruhiyyəyə sənədləşmə üçün 1500 manat pul və əlavə faiz ödəməliymiş.

O da bildirilir ki, "İlin dörd fəsli" şirkətinin vergidən yayınmaq üçün adıçəkilən yaşayış kompleksinin sakinlərinə "kupça" verməyi də müxtəlif bəhanələrlə uzatdığı iddia edilir.

Qeyd edək ki, Elnur Hüseynov Bakıdakı məşhur 3 korona" yaşayış kompleksinin də sahibidir. 

Bakupost.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA