Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

img

27-04-2019 [13:31]


Aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi arabir güclənəcək.

Mia.az ETSN-ə istinadən bildirir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 18-21 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında isə hava, əsasən, yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA