Üzünü görmədiyi qızına vəsiyyətində Şahidə adını qoyan şəhid - FİLM

img

27-04-2019 [13:22]


Qarabağ müharibəsinin ilk illərində könüllü olaraq cəbhəyə gedən şəhid Namiq Məmmədov haqqında sənədli film hazırlanıb.

MübarizimTV-nin hazırladığı filmdə şəhidin həyatına və döyüş yoluna nəzər salınıb. Qeyd edək ki, şəhid Namiq Məmmədov cəbhəyə gedəndə yenicə ailə qurubmuş. Şəhid olandan bir neçə ay sonra qızı dünyaya gəlib. Şəhidin öz vəsiyyətinə görə, adını Şahidə qoyublar.

Namiq Sovet oğlu Məmmədov 1971-ci ildə Bakıda doğulub. 1989-cu ildə hərbi xidmətə çağırılıb.

Ukraynada Hava Hücumundan Mühafizə üzrə təlim alıb.

1990-cı ildə hərbidən tərxis olunub.

1 il sonra ailə həyatı qurub. Elə həmin ildə Qarabağ uğrunda döyüşlərə könüllü olaraq qatılıb.

1992-ci il yanvar ayının 31-də şəhadətə qovuşub. Şəhid atasının üzünü görmədiyi Şahidə adlı bir qızı yadigar qalıb.

Allah rəhmət eləsin!




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA