Səfər Mehdiyevin qəbul vaxtı dəyişdirildi

img

26-04-2019 [12:57]


Dövlət Gömrük Komitəsinin sədri (DGK) Səfər Mehdiyevin sabah Qazax rayonunda keçirilməsi planlaşdırılan vətəndaş qəbulunun vaxtı aprelin 29-na dəyişdirilib. 

Mia.az  DGK-ya istinadən bildirir ki, qəbul saat 11:00-da Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbul zamanı bölgədə yerləşən - Qazax, Tovuz, Ağstafa rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsinin Tovuz gömrük postu (əlaqə telefonu: (022) 315-63-02) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA