Sahibkarlıq subyektlərinin qeydiyyatı onlayn qaydada həyata keçiriləcək

img

25-04-2019 [12:47]


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 1-dən etibarən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatını və reyestrə daxil edilməsini onlayn qaydada həyata keçirəcək. 

Mia.az AQTA-ya istinadla bildirir ki, elektron sistem vasitəsi ilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar müvafiq idarəyə gəlmədən, agentliyin rəsmi internet saytına daxil olub onlayn qeydiyyat üçün müraciət edəcəklər. 

Sistemə giriş Asan İmza, Elektron imza və FİN kod vasitəsilə həyata keçiriləcək. 

Həmçinin sahibkarlar banka getmədən müvafiq dövlət rüsumlarını da şəxsi kabinet vasitəsi ilə ödəmək imkanı əldə edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA