Qar uçqununa düşərək həlak olan hərbçi dəfn edilib

img

25-04-2019 [12:39]


Azərbaycan Ordusunun qar uçqununa düşərək həlak olan hərbi qulluqçusu Məmmədov Fərrux Fərman oğlu dəfn edilib.

Mia.az "Report"a istinadən xəbər verir ki, mərhum Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, hərbçilər, F.Məmmədovun yaxınları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Daşkəsən rayon sakini, 1992-ci il təvəllüldü, Məmmədov Fərrux Fərman oğlu ailəli idi. Onun 1 qız övladı yadigar qalıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA